Ermənistanın "Güclü Ermənistan" blokundan olan deputat Edqar Kazaryan baş nazir Nikol Paşinyanı paytaxtın və digər yaşayış məntəqələrinin adlarını Azərbaycan toponimlərinə uyğun səsləndirməkdə tənqid edib.
Bu barədə Ermənistanın "Hraparak" nəşri deputatın fikirlərinə istinadən məlumat yayıb.
Edqar Kazaryan ironiya ilə qeyd edib ki, hökumət başçısı "banan talismanını döş cibindən çıxarıb şlyapasının üzərinə qoyduqdan sonra" paytaxtı məhz Azərbaycanda deyilən kimi "İrəvan" adlandırır.
Deputat iddia edib ki, rəsmi İrəvan yaşayış məntəqələrini Azərbaycana təhvil verməzdən əvvəl onları Azərbaycan adları ilə çağırmağa başlayır.