Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
Türkiyənin xarici işlər naziri Hakan Fidanla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı olub.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Söhbət zamanı iki ölkə arasında olan münasibətlər və regional məsələlər müzakirə edilib.