Bakı, 18 noyabr, AZƏRTAC Türkiyənin “Bursaspor” komandasında çıxış edən Azərbaycan millisinin futbolçusu Toral Bayramov bir neçə klubdan təklif alıb.Bu barədə AZƏRTAC-a eksklüziv olaraq Türkiyə klubundan məlumat verilib.Bildirilib ki, 25 yaşlı müdafiəçiyə Azərbaycan və başqa ölkələrdən rəsmi təkliflər gəlib.Lakin I Liqa təmsilçisi Bayramovu asanlıqla buraxmaq istəmir. Klub ondan daha yaxşı çıxış gözləyir.Qeyd edək ki, “Bursaspor”a ötən yay “Qarabağ”dan keçən Toral Bayramov I Liqa təmsilçisi ilə 2029-cu ilin iyun ayınadək müqavilə imzalayıb. Müxbir – Cavid Əliyev
“Bursaspor”: Toral Bayramova bir neçə ölkədən təkliflər var - EKSKLÜZİV
Mənbə: azertag.az/xeber/bursaspor_toral_bayramova_bir_neche_olkeden_teklifler_var___ekskluziv-4514766