İran ABŞ-yə məxsus PUA-nı vurdu

İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazının şərq hissəsi üzərində ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını məhv edib.

Bu barədə İran ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı ölkənin cənub-şərqində yerləşən yerli hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib.