Bakı, 18 noyabr, AZƏRTAC Qərbi Kaspi Universiteti Bilik mübadiləsi (Knowlege Exchange) və Təhsilin təsiri (İmpact of Education) göstəriciləri üzrə Azərbaycan universitetləri arasında 1-ci yeri tutub. Dünyanın nüfuzlu beynəlxalq reytinq təşkilatlarından biri olan QS ( Quacquarelli Symonds) tərəfindən 2026-cı il noyabrın 17-də açıqlanan “QS World University Rankings: Sustainability 2027” reytinqində Qərbi Kaspi Universiteti Azərbaycan üzrə 2-ci, dünya üzrə 950-ci, Asiya üzrə 331-ci, Qərbi Asiya üzrə 74-cü yerdə qərarlaşıb. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. QS Sustainability reytinqi dünya ali təhsil müəssisələrinin fəaliyyətini 50-dən çox göstərici əsasında üç əsas istiqamət üzrə qiymətləndirib: Ətraf mühitə təsir (Environmental İmpact) Sosial təsir (Social İmpact) İdarəetmə (Governance)
Qərbi Kaspi Universiteti beynəlxalq reytinqdə mövqeyini möhkəmləndirir
Mənbə: azertag.az/xeber/qerbi_kaspi_universiteti_beynelxalq_reytinqde_movqeyini_mohkemlendirir-4514562