Ermənistan pasportlarında Qarabağ ermənilərinin doğum yeri Azərbaycan göstərilir

Ermənistan vətəndaşlığını qəbul etmiş Qarabağda yaşamış şəxslərə verilən yeni biometrik sənədlərdə "doğum yeri" qrafasına Azərbaycanın adı yazılır.

Ermənistan mətbuatı xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti bu qərarın ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı), eləcə də ISO 3166 (Beynəlxalq Standartlaşdırma Təşkilatı ) beynəlxalq standartlarının tələblərindən irəli gəldiyini bildirib.

Nazirlikdən vurğulanıb ki, pasportlardakı köhnə məlumatlar xarici dövlətlərin sərhədlərini keçən zaman mütəmadi olaraq maneələrə səbəb olurdu. Tətbiq edilən yeni yanaşma həmin problemlərin həllinə və erməni sənədlərinin ümumdünya normalarına uyğunlaşdırılmasına yönəlib.