Diaspor Komitəsində sədr müavinlərinin sayı artırıldı

Prezident İlham Əliyev 14 may 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişiklik edib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, Komitə sədrinin adi müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.