Gəncədə yol qəzasında 4 nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.