İordaniyada helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi yaralanıb - Yenilənib

İordaniyada hərbi təlimlər zamanı "Black Hawk" helikopterinin qəzaya uğraması nəticəsində 5 hərbçi xəsarət alıb.

"Al Arabiya"ya istinadən, bu barədə İordaniya Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Məlumata görə, 1 zabit ağır, 4 hərbçi isə yüngül xəsarətlər alıb.

İordaniya Silahlı Qüvvələrinə məxsus "Black Hawk" hərbi helikopteri hərbi təlimlər zamanı qəzaya uğrayıb.

"Petra" agentliyinə istinadən, bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığındakı rəsmi hərbi mənbə məlumat verib.

Onun sözlərinə görə, ixtisaslaşdırılmış qruplar fövqəladə vəziyyətə dərhal reaksiya verərək zəruri tədbirlər görüblər.

Baş Komandanlıq hərbi qulluqçuların təhlükəsizliyinin onun əsas prioriteti olaraq qaldığını vurğulayıb.