Bakıda malı çantalarına qoyub mağazadan çıxmaq istədilər - Video

Bakıda bir neçə nəfərin mağazalara daxil olaraq oğurluq etdiyi iddia olunur.

Bununla bağlı videogörüntülər yayılıb.

Məlumata görə, hadisə metronun "Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birində baş verib.

İddia olunur ki, mağazaya müştəri qismində daxil olan qadınlar satışda olan malları çantalarına qoyaraq ərazidən uzaqlaşmağa çalışıblar.

Satıcı onların hərəkətini gördükdə isə qadınlar - "çantaya uşaq qoyub, bilməmişik", - deyə cavab veriblər.