Azərbaycanda bəzi cərimə məbləğləri dəyişir.
Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsaasən ki, maliyyə institutları tərəfindən qeyri-rezidentlərin Azərbaycan ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların təqdim edilməməsinə görə hesaba mədaxil olunmuş vəsaitin ümumi məbləğinin 30 faizi miqdarında tətbiq olunan maliyyə sanksiyasının 10 faizə endirilməsi (lakin 1 000 manatdan az olmayaraq), bu hesablar üzrə mədaxil əməliyyatı aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində tətbiq olunan maliyyə sanksiyasının 1 000 manata qaldırılması təklif olunur.