Bakı, 18 noyabr, AZƏRTAC SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü noyabrın 20-də saat 11:00-da Naxçıvan şəhərində (Heydər Əliyev prospekti, 66, Naxçıvan Şəhər İcra Hakimiyyətinin binası) keçiriləcək. İB-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Naxçıvan şəhərinin, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.Görüşə dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Regional Qaz İstismarı İdarəsinə (telefon: 036-545-06-91, 050-845-66-06) müraciət edə bilərlər.
“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
Mənbə: azertag.az/xeber/azeriqazin_rehberliyi_naxchivanda_vetendaslarin_muracietlerini_dinleyecek-4513899