Bakı, 18 noyabr, AZƏRTAC Xətai rayonu, 8 Noyabr prospektindən keçən Keşlə yağış kollektorunun tikinti, bərpa və yenidənqurma işləri təsdiq olunmuş layihə sənədlərinə, müvafiq norma və qaydalara uyğun olaraq “İri Şəhərlərin Su Təchizatı” QSC tərəfindən intensiv şəkildə davam etdirilir. Plan üzrə görülən işlər artıq yekunlaşmaq üzrədir. QSC-dən AZƏRTAC-a bildirilib ki, məqsəd mövcud infrastrukturun texniki vəziyyətinin yaxşılaşdırılması, kollektorun istismar gücünün artırılması, ərazidə yağış sularının daha səmərəli idarə olunmasıdır.