Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır. İki ölkə arasında Strateji Tərəfdaşlığın elan olunmasından sonra əməkdaşlığın iqtisadiyyat, investisiya, enerji, təhsil, müdafiə və təhlükəsizlik sahələrində genişləndirilməsi gündəmdədir. Qarabağda və Naxçıvanda həyata keçirilən layihələr, minatəmizləmə və bərpa işlərinə Britaniya dəstəyi, eləcə də hərbi əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi diqqət mərkəzindədir. Bütün bu məsələlər Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Normanın noyabrın 17-də keçirdiyi mətbuat konfransında müzakirə olunub. Səfir iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, əldə olunan razılaşmalar və gələcək əməkdaşlıq perspektivləri barədə danışıb.
Bəs bu tərəfdaşlıq Azərbaycana nə vəd edir? Britaniya şirkətləri Qarabağda və Naxçıvanda hansı layihələrdə iştirak edəcək? Hərbi əməkdaşlıq hansı istiqamətlərdə dərinləşəcək?
Daha ətraflı TV Musavat-ın hazırladığı videoreportajdan izləyə bilərsiniz: