Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Oxu24.com-un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında, Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Əliyev Allahverən Alış oğlu yolu keçmək istəyən zaman "Mersedes" markalı avtomobil onu vuraraq öldürüb.Faktla bağlı araşdırma aparılır.