Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmadı

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində hələlik ətraflı müzakirələr aparmayıblar.

Bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, iki ölkə lideri yalnız Çin sədri Si Cinpinin adından təşkil olunan rəsmi qəbul zamanı bir-birlərini salamlayıblar.

Peskov Putinlə Trampın məzmunlu söhbət edib-etmədikləri barədə suala “Xeyr, onlar sadəcə bir-birlərini salamlayıblar, vəssalam” cavabını verib.

Kremlin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov isə liderlər arasında ayrıca, geniş tərkibli ikitərəfli görüşün əvvəlcədən nəzərdə tutulmadığını bildirib. Buna səbəb kimi vaxt məhdudiyyəti göstərilib. Bununla belə, Putin, Tramp və Si Cinpinin noyabrın 19-da üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.