Rusiyadakı təyyarə qəzasında 17 nəfər həlak olub

Rusiyanın Kemerovo vilayətində An-12 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həyatını itirib.

Ilkin məlumatlara görə, qəzanın səbəbi mühərrikdə baş verən yanğın olub.

Bildirilir ki, təyyarə hələ havada olarkən alışıb. Daha sonra kəskin şəkildə aşağı enərək yerə çırpılıb və partlayıb.

Məlumata görə, ekipaj son ana qədər təyyarəni yaşayış evlərindən uzaqlaşdırmağa çalışıb. Təyyarə Yagunovo kəndi yaxınlığındakı sahəyə düşüb. Hadisə nəticəsində ərazidəki tikililərə ziyan dəyməyib.