Ötən gün Bakının Binəqədi rayonunda qadın qətlə yetirilib.
Rayon ərazisində 23 yaşlı qadına kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
O, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Polisin keçirdiyi tədbirlərlə cinayəti törədən, ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.