Lənkəranda 3 ailənin yaşadığı ev yanıb

Lənkəranda fərdi yaşayış evində güclü yanğın baş verib.

Yanğın hadisəsi şəhərin Mirzə Fətəli Axundov küçəsində üç ailənin yaşadığı evdə baş verib.

Hadisə zamanı evdə olan 8 nəfər təxliyə olunub.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısaqapanma səbəb olub.

Külək alovun sürətlə yayılmasına şərait yaradıb.

Əraziyə cəlb olunan yanğınsöndürənlərin müdaxiləsindən sonra alovun qarşısı alınıb.