Xəyanət etiraflarının sayı münasibətlərdə kimin daha çox xəyanət etdiyini müəyyənləşdirmək üçün hər zaman etibarlı göstərici deyil.
Bu barədə psixoloq və seksoloq Aleksandra Miller açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, qadınlar daha çox onlara xəyanət edildiyini dilə gətirirlər. Lakin bu, qadınların özlərinin daha az xəyanət etdikləri anlamına gəlmir.
Miller hesab edir ki, bunun səbəbi qadınların münasibətlərdə emosional məqamlara daha çox əhəmiyyət verməsidir.
Onun müşahidələrinə görə, bəzi qadınlarda xəyanətə aparan proses fiziki yaxınlıqdan deyil, narazılıqdan və qarşı tərəfin onları dinləməməsindən başlayır.
Rusiyada aparılan araşdırmaların nəticələrinə görə, 34 yaşadək olanlar arasında xəyanət etdiyini daha çox qadınlar, 35 yaşdan yuxarı şəxslər arasında isə kişilər etiraf ediblər.
2007-ci il sorğusunda xəyanət etdiyini bildirənlərin sayı 60 faiz olsa da, 2025-ci ildə bu rəqəm 74 faizə yüksəlib.
Evlil kişilərin 45 faizi həyat yoldaşına xəyanət etdiyini etiraf edib.
Sorğu iştirakçılarının 49 faizi internetdə yazışma və flörtü də xəyanət hesab edib.
Qadınlar bu cür mesajlaşmaları kişilərlə müqayisədə daha çox xəyanət kimi qiymətləndiriblər.