Üç ailənin yaşadığı ev tamamilə yandı

Lənkəran şəhərində üç ailənin yaşadığı ev tamamilə yanıb.

Modern.az Report-a istinadla bildirir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində baş verib.

Ümumi sahəsi təxminən 150 kvadratmetr olan yaşayış evi qısa müddətdə bütün əşyaları ilə birlikdə tamamilə yansa da, 3-ü uşaq olmaqla 8 nəfər xilas ola bilib.

Hadisəyə elektrik naqillərində yaranan qısaqapanmanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.