Rusiya Ukraynaya 300-dən çox PUA və ballistik raketlə hücum edib

Rusiya hərbçiləri Ukraynaya 300-dən çox pilotsuz uçuş aparatı (PUA) və ballistik raketlərlə hücum edib.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hücum zamanı “İsgəndər-M”, “Sirkon” və S-400 ballistik raketlərindən, “İsgəndər-K” qanadlı raketlərindən, X-59/X-69 idarə olunan aviasiya raketlərindən və 306 PUA-dan istifadə olunub.

Məlumata görə, üç X-59/X-69 idarə olunan aviasiya raketi, üç “Banderol”/“Dan-T” və 205 PUA (onlardan 48-i reaktiv tipli) vurulub və ya elektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.

Qanadlı raketlər və 60 zərbə PUA-sı ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hücum nəticəsində 44 ərazidə zərbələr qeydə alınıb. Hücumların davam etdiyi bildirilir.