Amerikalı müğənni Beyons “Qremmi” mükafatları tarixində yeni rekorda imza atıb.
O, 69-cu mükafatlandırma mərasiminə namizədliyi ilə 100 dəfə “Qremmi”yə namizəd göstərilən ilk sənətçi olub.
"People" nəşrinin mlumatına görə, 7 fevral 2027-ci ildə keçiriləcək mərasimdə Beyons “Morning Dew (Donk)” mahnısına görə “Ən yaxşı solo R&B ifası” kateqoriyasında mübarizə aparacaq.
Həmin kateqoriyada Kehlaninin “Out The Window”, Viktoriya Monenin “Let Me”, Cil Skottun “Pressha” və Temsin “What You Need” mahnıları da namizədlər sırasındadır.