“AzerGold” QSC-nin Kəlbəcər və Ağdərə rayonlarında buruq-qazma işlərinin görülməsi üzrə tender həyata keçirmişdir.
Satınalmanın ehtimal olunan qiyməti 1 milyon 766 min 405 manat 77 qəpik olub. Satınalmanın qalibi “Blasto” MMC olmuşdur.
Xatırladaq ki, “Blasto” MMC 2016-cı ildən ölkə ərazisində fəaliyyət göstərir. Cəmiyyət 2022 və 2020-ci illərdə də AzerGold QSC tərəfindən keçirilmiş tenderlərin qalibi olmuşdur.