İki sərnişin qatarı toqquşdu

Çexiyanın paytaxtı Praqanın mərkəzində iki sərnişin qatarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə “İdnes” xəbər portalı məlumat yayıb.

Hələlik itkilərin dəqiq sayı məlum deyil. Hadisə yerinə dörd təcili yardım və xilasetmə qrupu göndərilib.

Bildirilir ki, baş stansiya yaxınlığındakı dəmir yolu keçidində sərnişin qatarları arasında toqquşma baş verib. Məlumata görə, onlar eyni yolda bir-birinə doğru hərəkət ediblər.