Tbilisi, 17 noyabr, AZƏRTAC ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində Gürcüstandan 60-a yaxın tələbə və gənc magistratura proqramında iştirak edir. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Study in Azerbaijan” təhsil sərgisində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində müəllimlər üçün də xüsusi proqram hazırlanıb. Proqram könüllü xarakter daşıyır. Səfir qeyd edib ki, bu istiqamətdə praktiki işlər aparılır. Əsas məsələlərdən biri müvafiq fakültənin fəaliyyətinin təmin edilməsidir. O bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında keçirilən son Hökumətlərarası Komissiyanın iclasında təhsil sahəsində əməkdaşlığa dair müddəalar protokolda əksini tapıb. Sənəd hər iki ölkənin Baş nazirləri tərəfindən imzalanıb. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilis