“Sözcü TV”-də polis əməliyyatı - Saxlanılanlar var

Türkiyədə müxalif mövqeyi ilə tanınan “Sözcü TV”-nin binasında əməliyyat keçirilib.

Noyabrın 17-də səhər saatlarında polis əməkdaşları İstanbulda yerləşən televiziya binasında axtarış aparıblar.

İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində dörd nəfər barəsində saxlanılma qərarı verilib.

Televiziya kanalı və “Sözcü.com.tr” xəbər saytının idarəçiliyinə Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin edilib.