Bakıda avtomobildən 576 ədəd pirotexniki vasitə aşkarlandı

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə komitə məlumat yayıb.

Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsindən 7 karton qutuda 2 adda ümumilikdə 576 ədəd pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.