Bakı, 17 noyabr, AZƏRTAC Azərbaycan Yazıçılar Birliyində (AYB) “Qobustan” jurnalının “Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr edilmiş xüsusi buraxılışının təqdimatı olub. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Təqdimat mərasimində çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar “Qobustan” jurnalının Azərbaycan mədəniyyətində və ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. Bildirib ki, jurnal milli mədəniyyətin, incəsənətin və ədəbiyyatın təbliğinə, istedadlı gənclərin üzə çıxarılmasına və onların yaradıcılığının dəstəklənməsinə mühüm töhfələr verib.“Qobustan”ın bu ənənələri qoruyub saxladığını deyən Xalq yazıçısı nəşrin “Molla Nəsrəddin” jurnalının 120 illiyinə həsr edilmiş xüsusi buraxılışının böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbiyyatı və mədəniyyətindəki rolundan bəhs edib. Bildirib ki, jurnal yarandığı dövrdən etibarən milli ədəbi-bədii fikrin və ictimai şüurun formalaşmasında, azərbaycançılıq ideyalarının təbliğində və yeni ədəbi-estetik baxışların inkişafında mühüm yer tutub. AMEA rəhbəri vurğulayıb ki, “Molla Nəsrəddin” jurnalı Azərbaycan ədəbiyyatında həm ədəbi məktəbin, həm də ədəbi cərəyanın formalaşmasında müstəsna rol oynayıb. O, nəşri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının beşiyi kimi səciyyələndirib, “Molla Nəsrəddin” ideyalarının bu gün də yaşadığını və cəmiyyətimizin inkişafına təsir göstərdiyini bildirib. Akademik İsa Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanı olan “Qobustan” jurnalının yalnız poeziya nümunələrinin dərc olunduğu nəşr deyil, bütövlükdə Azərbaycan ədəbiyyatını, incəsənətini və mədəniyyətini əhatə edən, müxtəlif yaradıcı sahələri bir araya gətirən ədəbi-mədəni platforma olduğunu diqqətə çatdırıb. Mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Molla Nəsrəddin” jurnalının irsinin qorunması və tədqiqi istiqamətində görülən işlərə də toxunub. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən yubileylə əlaqədar müxtəlif tədbirlər təşkil olunub, jurnalın nəşrlərinin mühafizəsi, araşdırılması və ictimaiyyətə təqdim edilməsi istiqamətində fəaliyyət həyata keçirilib. O, nəşrin müxtəlif nömrələrinin tədqiqatçılar üçün mühüm mənbə olduğunu deyib, onların sərgilər və nəşrlər vasitəsilə geniş ictimaiyyətə çatdırılmasının əhəmiyyətini qeyd edib. Tədbirdə, həmçinin Xalq rəssamı Arif Hüseynov, Xalq yazıçısı Çingiz Abdullayev, professor Asif Rüstəmli, Xalq artisti Ramiz Həsənoğlu, AYB-nin katibi Səlim Babullaoğlu, elmlər doktoru Gülbəniz Babayeva və başqaları çıxış ediblər. Çıxışlarda “Molla Nəsrəddin” jurnalının Azərbaycan ədəbiyyatı, satirik mətbuatı və ictimai fikir tarixindəki müstəsna mövqeyi, nəşrin milli-mənəvi dəyərlərin formalaşmasına təsiri, Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilərin yaradıcılıq irsinin aktuallığı diqqətə çatdırılıb. Sonda “Qobustan” jurnalının baş redaktoru, tanınmış yazıçı-dramaturq Pərvin Nurəliyeva çıxış edib. O, “Söz müəlliflərdə” layihəsindən bəhs edərək vurğulayıb ki, layihə çərçivəsində ilk dəfə mətbuatda yazısı dərc olunan 100-dən artıq gənc və istedadlı yazara jurnalda yer verilib.
Bu gün
3850 xəbər bu gün
Bakıda gənc oğlan bıçaqlanıb.
Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində qərardan prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.
Danimarkanın Orhus Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Marsı əhatə edən qlobal toz fırtınalarının yaranma səbəbini müəyyən edib. Araşdırmanın nəticələri “Geophysical Research Letters” (GRL)…
Bakının Yasamal rayonunda iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici…
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hayati Yazıcının oğlu Mustafa Yazıcı investisiya fondu ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün İstanbul Ədliyyəsinə gedib. "Haber…
ABŞ Hərbi Hava Qüvvələri İranın Qeşm adasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket buraxılış məntəqəsini hədəfə alıb. Bu barədə ABŞ-ın hərbi rəsmisi “Al Jazeera“ya açıqlamasında bildirib. Onun sözlərinə…
Böyük Britaniya şahzadəsi Harri Rusiya ilə mümkün müharibə zamanı ölkəsinin ordusunda xidmət etməyə hazır olduğunu açıqlayıb. Sasseks hersoqu bu barədə Lvovda verdiyi müsahibədə danışıb. Onun sözlərinə görə, Avropa…
Maurisio Poçettino Xosep Qvardiolanı ABŞ millisinin baş məşqçisi olmağa çağırıb. Argentinalı mütəxəssis ispaniyalı məşqçinin bu vəzifə üçün ideal seçim olduğunu düşünür. O, “The Telegraph”a açıqlamasında Qvardiolaya…
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya ilə bağlı referendumda vətəndaşların böyük əksəriyyətinin sənədi dəstəkləyəcəyinə əminliyini ifadə edib. Modern.az Ermənistan mediasına xəbər verir ki, bu barədə…
Evlilik təklifi bu gün sevgi münasibətlərinin ən yaddaqalan və həyəcanlı anlarından biri hesab olunur. Kimisi bu xüsusi günü romantik şam yeməyi ilə, kimisi səyahət zamanı, kimisi isə yaxınlarının iştirakı ilə qeyd…
Xəzər dənizinin sahilboyu ərazilərində torpaqlardan istifadə və tikililərə nəzarət gücləndirilir. Prezident İlham Əliyev noyabrın 16-da Xəzərin Azərbaycan sektoruna aid sahilboyu ərazilərində dövlət idarəetməsinin…
Qazaxda ağır qəzada həlak olanlar arasında ata və azyaşlı qızı da var. Sfera.az Oxu.Az -a istinadla Sənan Dərgahquliyev və G.Dərgahquliyevanın fotosunu təqdim edir:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin sülh missiyaları üzrə xüsusi nümayəndəsinin baş müşaviri Arye Laytstounu qəbul edib. Bu barədə Sfera.az -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Qeyd…
Azərbaycanda əlavə iş saatlarına görə əməkhaqqının hesablanması mexanizminin dəyişdirilməsi nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, iş vaxtından artıq işləyən şəxslərə ödəniş xüsusi əmsallar əsasında hesablanacaq. Bu…
ABŞ-nin müharibə naziri Pit Heqset çərşənbə günü Venesuelaya səfər edib və ölkənin müvəqqəti rəhbərliyinin nümayəndələri ilə görüşüb. "Associated Press"ə istinadən, sözügedən səfər yanvar ayında Nikolas Maduronun…
"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunda Yunanıstan təmsilçisi "Kolossos"la qarşılaşıb. C qrupunun VII turunda rəqibi ilə səfərdə üz-üzə gələn Murat Dikmenin komandası uduzub - 78:79. Matç Falirakidəki "Kalliteya"…
İranın ehtimal olunan terror fəaliyyəti ilə əlaqədar ABŞ-nin təhlükəsizliyinə yönəlmiş təhdidlər əhəmiyyətli dərəcədə artıb. "Reuters"ə istinadən, bunu ABŞ-nin Milli Kəşfiyyat direktoru Cey Kleyton Konqresin Nümayəndələr…
Tehran və onunla əlaqəli hakerlər ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri Amerikanın ən vacib infrastrukturuna və informasiya şəbəkələrinə kiberhücumlar həyata keçiriblər. "Bloomberg"ə istinadən, bu…
Bakı, 18 noyabr, AZƏRTAC “MicroFest: Kiçik hekayələr 2026” beynəlxalq festivalının çərçivəsində keçirilən “Başqa Azərbaycan” layihəsi və onun əsas ideyası böyük marağımıza səbəb oldu. Bu sərgi üçün milli elementləri…
Стороны находятся на пороге этапа, который предусматривает развитие демократической политики, а также обеспечение основных прав и свобод курдов.
Спецпосланники президента США Стив Уиткофф и Джаред Кушнер призвали Россию не затягивать переговоры по Украине, предупредив, что возможная победа демократов на выборах в Конгресс может...
Американское командование предупредило, что суда, принимающие грузы с других кораблей, загруженных в иранских портах, могут быть признаны нарушителями блокады и подвергнуться силовым мерам. Об этом...
Нью-Йорк в скором времени вполне может погрузиться в хаос. Причиной опасений стали действия нового мэра, демократа и сторонника социалистических идей Зохрана Мамдани, который на днях объявил о расформировании Группы…
Искусственный интеллект (ИИ) резко увеличивает скорость и масштаб как наступательных, так и оборонительных операций в киберпространстве. Как передает Day.Az, об этом заявил директор Национальной разведки США Джей…
Keçmiş sədr
London limanı
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sabah Qəbələnin bəzi ərazilərində qaz olmayacaq.
“Hər kəsə bildirin ki, biz şayiələrə, dedi-qodulara və ya sadiqliyi bəlli olmayan trol hesablarına əhəmiyyət vermirik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” hesabında yazıb. Korrupsiyanı,…
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lexus markalı avtomobil yolu keçən Qarağacı…
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşün qısa olacağı gözlənilir. Görüşün dəqiq müddəti barədə əvvəlcədən fikir yürütməyə ehtiyac yoxdur. Redaktor.az xəbər verir ki,...
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Məlumata görə, bu gün saat 19:30-da Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil...
Azərbaycanın Əməkdar müəllimi, tarix elmləri doktoru, professor Nuru Məmmədov vəfat edib.
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bərdə-Yevlax avtomobil yolunun rayonun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lexus markalı avtomobil yolu keçən Qarağacı kənd…
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı mübarizə aparmaq üçün 2027-ci ildə Ukraynanın müdafiə qabiliyyətini gücləndirəcək. Bu barədə Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andrius Kubilius Brüsseldə…
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ərazisində, Krasnodar diyarında yerləşən İlski və Afipski neft emalı zavodlarının (NEZ) vurulduğunu açıqlayıb. Ukrayna tərəfinin məlumatına görə, İlski NEZ-də yanacaq…
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib.
Bugün saat 19:30 radələrində Qazax rayonunun Aslanbəyli–Kəmərli avtomobil yolunda İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” və Sənan Hüseyn oğlu Dəryaquliyevin idarə etdiyi…
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"a istinadən, hadisə Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, adı hələ açıqlanmayan qadın sürücü yolu keçməkdə…
Kipr türkləri qərb dövlətlərinin ikili standartlarına sığınan ayrı-seçkili siyasəti ilə üzləşməkdə davam edirlər. Bunu Milli Məclisin Azərbaycan - Şimali Kipr Türk Respublikası işçi qrupunun üzvü Cavanşir Feyziyev Şimali…
O, XVIII əsrdə yaşamış ve "müasir kimyanın atası" olaraq qəbul edilen məşhur Fransız kimyaçısıdır. O, zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da…