Tramp Çində Kim Çen İnlə görüşəcək?

ABŞ prezidenti Donald Tramp Çinə səfəri zamanı Şimali Koreya lideri Kim Çen İnlə görüşə biləcəyini bildirib.

“Bloomberg”ə istinadən, görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tuta bilər.

Tramp bildirib ki, səfər zamanı Çin sədri Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək.

O, bu səfərin bir çox məsələdə irəliləyişə nail olmaq üçün fürsət yaradacağını vurğulayıb.

Qeyd edək ki, Tramp prezidentliyinin ilk dövründə Kim Çen İnlə bir neçə dəfə görüşüb.

Lakin 2025-ci ilin yanvarında yenidən prezident vəzifəsinə qayıtdıqdan sonra tərəflər üz-üzə gəlməyiblər.

Şimali Koreya Çindəki mümkün görüşlə bağlı hələlik açıqlama verməyib.