Ukrayna ordusu Krım körpüsünü belə vurdu - Video

Ukrayna ordusu bu gün növbəti dəfə Krım körpüsünə zərbələr endirib.

Bu barədə Krım rəhbəri Sergey Aksyonov məlumat verib.

“Düşmən Krım körpüsünə növbəti dəfə hücum edib. Hazırda nəqliyyatın hərəkəti dayandırılıb”, - Aksyonov bildirib.

Ukrayna tərəfi zərbələr nəticəsində tağla yanaşı, körpünün nəqliyyat vasitələri üçün nəzərdə tutulan hissəsinin tamamilə uçduğu, gəmi keçidinin isə körpünün dağıntıları səbəbindən bağlandığı barədə məlumat yayıb.