“Günay Kənd Təsərrüfatı Məhsulları” ASC-nin səhmdarları dekabrın 20-də növbədənkənar ümumi yığıncağa toplaşacaqlar. İdarə Heyətinin sədrinin təyin edilməsi yığıncağın gündəliyinə daxil edilib.
Yığıncaq 2026-cı il dekabrın 20-də saat 10:00-da Xaçmaz rayonunun Çarxı kəndində keçiriləcək. İclasda digər məsələlərə də baxılacaq.
Səhmdarlar gündəlik üzrə materiallarla tanış olmaq üçün 055 357 95 90 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.
Xatırladaq ki, şirkət 2004-cü ildən ölkə ərazisində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 615 min 872 manatdır.