Monqolustan prezidenti Uhnaaqiyin Xurelsux vəzifəsindən istefa vermək qərarına gəlib.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, prezidentin qərarının səbəbləri açıqlanmayıb.
Bildirilir ki, ölkədə ali dövlət hakimiyyətinin təhvil verilməsi proseduruna başlanılacaq. Siyasi müşahidəçilər müvəqqəti rəhbərin təyin olunacağını, həmçinin növbədənkənar prezident seçkilərinin keçirilə biləcəyini gözləyirlər.
Qeyd edək ki, Uhnaaqiyin Xurelsux 25 iyun 2021-ci ildə Monqolustan prezidenti vəzifəsinin icrasına başlayıb. 14 iyun 1968-ci ildə anadan olan 58 yaşlı siyasətçi bundan əvvəl ölkənin baş naziri vəzifəsində çalışıb.