Kriptovalyuta bazarında son günlər qeydə alınan kəskin enişdən sonra qiymətlərdə nisbi sabitləşmə müşahidə olunur. Bununla belə, əsas kriptovalyutaların həftəlik və aylıq qiymət itkisi yüksək olaraq qalır.
“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,03% artaraq 64 936,39 ABŞ dolları təşkil edib.
Kriptovalyutanın qiyməti son 7 gündə 12,77%, son 30 gündə isə 20,69% azalıb.
“Ethereum”un qiyməti 0,48% artaraq 1 829,88 dollara, BNB-nin qiyməti 0,26% yüksələrək 593,69 dollara çatıb. “Zcash”ın qiyməti isə 3,01% artaraq 918,46 dollar təşkil edib.