ABŞ Hərbi Dəniz Qüvvələrinin “Theodore Roosevelt” aviadaşıyıcı gəmisi Yaxın Şərqə çatıb. Bununla da ABŞ-nin regiondakı hərbi dəniz qruplaşmasında aviadaşıyan gəmilərin sayı üçə yüksəlib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, aviadaşıyıcı gəmi planlaşdırılmış yerləşdirmə çərçivəsində hazırda CENTCOM-un məsuliyyət zonasındadır.
Bu gündən etibarən Ərəbistan dənizindəki ABŞ hərbi dəniz qruplaşmasına üç aviadaşıyıcı gəmi, 13 esmines, iki kreyser və bir sahil zonası döyüş gəmisi daxildir.
Qeyd edək ki, bundan əvvəl “Axios” nəşri ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasına hazırlığı yekunlaşdırdığını yazmışdı. Bununla belə, Vaşinqtondan hələlik yeni göstərişlərin daxil olmadığı bildirilirdi.