Elariz Məmmədoğlu Amerikadakı qazancından danışdı

ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlu Amerikadakı fəaliyyəti və qazancı barədə danışıb.

Axşam.az-a istinadən, uzun illərdir ailəsi ilə birlikdə Amerikaya köçən sənətçi bu barədə aparıcı Fərid Rəsula açıqlamasında deyib.

O, ABŞ-da toy və ad günlərinə dəvət aldığını, bunun üçün müxtəlif ştatlara getdiyini bildirib. E.Məmmədoğlu Nyu Yorkda isə restoranında çalışdığını söyləyib:

“Toylara, ad günlərinə dəvət edirlər. Başqa ştatlara gedirəm. Nyu Yorkda isə restoranımda işimi görürəm”.