“Sumqayıt” - “Sabah” oyununun biletləri satışda

Noyabrın 20-də saat 19.00-da baş tutacaq “Sumqayıt” - “Sabah” matçının biletləri satışa çıxarılıb.

Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15.00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündü.

İlkin mərhələdə 4-12-ci sektor arası biletlər satışa çıxarılıb. Zərurət yaranacağı halda digər sektorlar da satışa çıxarılacaq. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdı.

Bilet almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz