Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir.Bu barədə Oxu24.com-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.Bildirilib ki, bu mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsi genişləndirilib və yüksək akademik nəticələrlə yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər müasir texnoloji istiqamətlər üzrə peşəkar səriştələr də seçim prosesində nəzərə alınır. Eyni zamanda, çağırışçıların elektron müraciətlərinin qəbulu üçün portal istifadəyə verilib. Yeni yanaşmanın əsas məqsədi müasir müdafiə sisteminin artan texnoloji tələbləri fonunda xüsusi bilik və səriştələrə malik gənclərin potensialını aidiyyəti fəaliyyət istiqamətləri ilə uzlaşdırmaq və onların peşəkar imkanlarından daha məqsədyönlü istifadə etməkdir.İntellektual bölmələr modeli çağırışçıların ixtisas profilini hərbi xidmətin real funksional ehtiyacları ilə uzlaşdırır. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və digər əlaqəli mühəndislik sahələri üzrə üstün hazırlığa malik gənclərin müvafiq struktur bölmələrə cəlbi onların mövcud peşəkar kompetensiyalarını xidmət dövründə praktik dəyərə çevirir. Eyni zamanda, bu yanaşma həmin kateqoriyadan olan gənclərə hərbi xidmət dövründə ixtisas üzrə təcrübə qazanmaq, yeni kompetensiyalar formalaşdırmaq və peşəkar inkişaflarını davam etdirmək imkanı verir.Tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına, yerli ali təhsil müəssisələrinin tələbələri arasında isə yüksək akademik nəticələrə və peşəkar inkişafa yönələn sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.Layihə çərçivəsində formalaşmış yaxşı təcrübə, o cümlədən informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və digər oxşar istiqamətlər üzrə yüksək hazırlıqlı mütəxəssislərə artan ehtiyac onun yeni mərhələyə keçidini şərtləndirir. Mövcud seçim meyarları saxlanılmaqla yeni peşəkar və texnoloji meyarların əlavə edilməsi xüsusi bilik, bacarıq və nailiyyətlərə malik çağırışçıların da intellektual bölmələr üzrə seçim dairəsinə daxil edilməsinə imkan yaradır.İntellektual bölmələrdə xidmətə aşağıdakı seçim meyarlarından ən azı birinə uyğun gələn çağırışçılar cəlb oluna bilərlər:• Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 600 və daha yüksək bal toplamış şəxslər;• Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri;• əvvəlki təqvim ilinin nəticələrinə əsasən "Times Higher Education World University Rankings" və ya "Academic Ranking of World Universities" reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları;• "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı" üzrə təsdiq edilmiş ali təhsil müəssisələri və təhsil proqramlarının məzunları (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq);• informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində "Advanced" və ya "Expert" səviyyəli nüfuzlu beynəlxalq sertifikatlardan birinə malik şəxslər (müvafiq siyahı portalın "Sənədlər" bölməsində yerləşdirilib);• robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri (müvafiq siyahı portalın "Sənədlər" bölməsində yerləşdirilib).Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək və müəyyən edilmiş seçim meyarlarına uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytının (mmu.edu.az) "İntellektual bölmələr" hissəsi vasitəsilə elektron müraciət edə bilərlər.Vətəndaşlar ətraflı məlumatı müvafiq portalın "Sənədlər" bölməsindən əldə edə, zərurət yarandığı təqdirdə Milli Müdafiə Universitetinin Çağrı Mərkəzi - *0811 (iş günləri saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya bilərlər.
Bu gün
3538 xəbər bu gün
Parlament Azərbaycanda uşağın anadan olmasına görə və dəfn üçün ödənilən məbləğin artırılması təklifini ilk oxunuşda qəbul edib. Sözügedən məsələ Milli Məclisin bugünkü iclasında müzakirə edilən "Dövlət sosial müdafiə…
"İnfoschool bloger məktəbi 2"nin tələbələri Baku TV-nin qonağı olub. Oxu.az-a istinadən, infotur çərçivəsində gənclər...
Kinematoqrafiya Fransa və Azərbaycan arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin ən effektiv vasitələrindən biridir. Çünki kino bir-birinin mədəniyyəti, milli xüsusiyyətləri və…
Milli Məclisin bugünkü iclasında spiker Sahibə Qafarova ilə deputat Səyyad Aran arasında maraqlı dialoq yaşanıb. Belə ki, Səyyad Aran çıxışlar üçün ayrılan vaxt limitinə etiraz edib və parlamenti "danışmaqxana"…
Fransada yaşayış xərclərinin artmasına etiraz olaraq genişmiqyaslı aksiya keçirilir. Nümayiş Parisdə baş tutur.
İsveç, Böyük Britaniya və Ukrayna Kiyevə verilməsi planlaşdırılan "Gripen" qırıcı təyyarələri üçün silah tədarükü üzrə əməkdaşlıq edəcək. Bu barədə İsveçin müdafiə naziri Pol Yonson Brüsseldə "Ramştayn" formatında…
Azərbaycan Basketbol Liqasında (ABL) I, II və III turlardan təxirə salınmış oyunların tarixləri və başlama saatları açıqlanıb. Bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib. Qarşılaşmalar noyabrın…
Moskva, 17 noyabr, AZƏRTAC Rusiyanın Kemerovo vilayətində, Yaqonovo kəndi yaxınlığında An-12 təyyarəsi qəzaya uğrayıb.AZƏRTAC xəbər verir ki, aviasiya hadisəsi barədə vilayətin qubernatoru İlya Seredyuk məlumat…
Antalya, 17 noyabr, AZƏRTAC Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzi və Ankara Dövlət Konservatoriyasının birgə layihəsi çərçivəsində dahi Azərbaycan şairi, Türk dünyasının böyük mütəfəkkiri…
Antalya, 17 noyabr, AZƏRTACTürkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) fəaliyyət göstərən Azərbaycan pavilyonunda “Xəzər…
Bakı, 17 noyabr, AZƏRTACMillennialların demək olar ki, hər birinin uşaqlıq və məktəb illərində özünün “xəzinəsi” – xüsusi dəyər verdiyi, qürur duyduğu kolleksiyası olub. Bəziləri həvəslə fişləri və saqqızlardan çıxan…
Hörmətli cənab Prezident! Böyük məsuliyyət hissi ilə Sizə yazdığım məktuba hədsiz …
Hörmətli cənab Prezident! Məni Azərbaycan Respublikasının yüksək dövlət təltifi - 3-cü …
Hörmətli cənab Prezident! Bu gün Azərbaycanın dünyanın güclü ölkələri ilə bir sırada …
Böyük Britaniya Ukraynaya pilotsuz uçuş aparatlarına qarşı mübarizə aparmaq üçün 1 000-dən çox qısa mənzilli zenit raketi tədarük edəcək. Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib. Yenicag.az xəbər verir ki, “Bank Respublika Arena”da baş tutan qarşılaşma millimizin 4:2 hesablı…
Azərbaycanda səfərdə olan Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət edib. Redaktor.az xəbər verir ki,...
Ukrayna hərbi əsir mübadiləsinin yaxın həftələrdə həyata keçirilməsinə nail olmaq üçün bununla bağlı təkliflərini ABŞ-yə təqdim edəcək.
178-dən çox böyük beynəlxalq şirkətin internet saytı
AzMİU-nun nəzdində İnşaat Kollecinin tələbəsi vəfat edib.
Cari ilin yanvar–noyabr ayları ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Bu barədə AQTA məlumat yayıb…
Ağlayıb video oyun oynamağa mane olan 3 aylıq oğlunu öldürdü ABŞ-nin Havay ştatında 20 yaşlı Coşua Paiva üç aylıq oğlunu öldürməkdə ittiham olunur. Bu barədə “Law & Crime” nəşri məlumat yayıb. İstintaqın məlumatına görə…
İnşaat Kollecinin tələbəsi vəfat edib. Modern.az-a istinadən, AzMİU-nun nəzdində İnşaat Kollecinin "Hidromelarasiya və torpaq mühafizəsi" ixtisası üzrə I kurs tələbəsi Əliyev Mirməcid vəfat edib.Kollecin rəhbərliyi və…
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə yarım milyondan çox mənimsəmədə ittiham olunan “İstək” MMC şirkətinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib…
Macarıstan pilotsuz uçuş aparatlarının hücumundan sonra Ukrayna ilə dəmir yolu əlaqəsini müvəqqəti dayandırıb. Bu barədə Macarıstanın Baş naziri Peter Madyar məlumat verib. Onun sözlərinə görə, qatarların hərəkəti…
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşları "Azərpoçt" MMC-nin adından istifadə edilməklə həyata keçirilən yeni fişinq kampaniyası barədə xəbərdar edib…
Rusiyanın Kemerovo vilayətində An-12 tipli təyyarə qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumatı Kuzbass qubernatoru təsdiqləyib. İlkin məlumata görə, təyyarənin bütün ekipaj üzvləri həlak olub. Təyyarənin göyərtəsində 13…
Rusiyanın Kemerovo vilayətində AN-12 tipli təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər həyatını itirib. Bu barədə “NGS42.RU” portalı məlumat yayıb. Bildirilib ki, hadisə noyabrın 17-də vilayətin Yagunovo kəndi…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Omanın U-23 yığması ilə ikinci yoxlama oyununu keçirib. Qarşılaşma millimizin 4:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan komandasının qollarını Elgün…
Rusiyanın Kemerovo vilayətində “An-12” hərbi təyyarəsi qəzaya uğrayıb.Bu barədə vilayətin qubernatoru İlya Seredyuk “Telegram” kanalında məlumat verib. Onun sözlərinə görə, qəza Yaqunovo kəndi ərazisində baş verib…
21 yaşadək futbolçulardan ibarət millimiz Omanın U-23 yığması ilə keçirdiyi ikinci yoxlama oyunundan da qalib ayrılıb. Rəşad Eyubovun rəhbərlik etdiyi komanda “Bank Respublika Arena”da baş tutan qarşılaşmada rəqibini 4:2…
Lassana Kulibali ziyana düşüb. “Leççe”nin yarımmüdafiəçisinin villasından oğurluq edilib. Bu barədə “Sportmediaset”in məlumatına görə, hadisə zamanı ümumi dəyəri 60 min avro olan dörd bahalı saat aparılıb. Oğurluq…
AzMİU-nun nəzdində İnşaat Kollecinin tələbəsi vəfat edib. Bu barədə kollec məlumat yayıb.Bildirilib ki, “Hidromelarasiya və torpaq mühafizəsi” ixtisası üzrə I kurs tələbəsi Mirməcid Əliyev dünyasını dəyişib.
Vətəndaşların sığorta şirkətləri ilə yaşadığı ən aktual problemlərdən biri də dəymiş zərərin ödənilməsi zamanı baş verən imtina hallarıdır. Sığorta hadisəsi baş verdikdən sonra hər bir vətəndaş təbii olaraq zərərin…
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində tarixi fürsət yaranıb. Tərəflər arasında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə yanaşı…
Главной точкой притяжения остается Баку.
Rusiyanın Kemerovo vilayətində, Yaqunovo kəndi yaxınlığında hərbi təyyarə qəzası baş verib. Bu barədə vilayətin qubernatoru İlya Seredyuk "Telegram" kanalında məlumat yayıb. Onun bildirdiyinə görə, hadisə yerində…
Кинематограф является одним из наиболее эффективных способов укрепления взаимопонимания между Францией и Азербайджаном, поскольку позволяет познакомиться с культурой, национальными особенностями и образом жизни друг…
В Баку 17 ноября проходит открытие Фестиваля франкоязычных фильмов, в программу которого вошли четыре фильма производства Франции, Бельгии и Швейцарии.
Фестиваль франкоязычных фильмов в Баку призван познакомить местную аудиторию с разнообразием современного франкоязычного кинематографа и представить фильмы из разных стран, объединенных общим языком.
В результате крушения самолета Ан-12 в Кемеровской области РФ погибли все 17 человек, находившиеся на борту. Как передает Day.Az со ссылкой на Telegram-канал SHOT, воздушное судно выполняло рейс из Новосибирска в Канск и…
Ermənistan pilotsuz uçuş aparatlarının (PUA) istehsalını sürətləndirir. Ölkənin "Davaro" şirkəti tərəfindən hazırlanan "Vişap-1" və "Vişap-2" adlı uzunmənzilli pilotsuz uçuş aparatlarının təqdimat görüntüləri isə…
На иранском острове Кешм, к северо-западу от одноименного города, произошли взрывы. Как передает Day.Az со ссылкой на иранское агентство Fars, после взрывов в небе над островом был замечен дым. Причины и характер…
Həmzə Babaşov küçəsində
Ən uzun gecə