Makron Avropanı qərar verməyə çağırdı

Avropa Ukraynada münaqişə başa çatdıqdan sonrakı dövr üçün öz prioritetlərini müəyyənləşdirməli və onları Rusiyaya çatdırmalıdır.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində bəyan edib.

Onun sözlərinə görə, Avropa ölkələri müharibədən sonrakı dünya nizamına dair baxışlarını açıq şəkildə bəyan etməli, həmçinin Avropanın uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi məsələsində ABŞ-dan gözləntilərini açıqlamalıdırlar.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə danışıqlar zamanı bildirmişdi ki, Vaşinqton Avropada təhlükəsizlik sistemi ilə bağlı razılığa gəlməyi təklif edib, lakin avropalılar bundan imtina ediblər.