Fransanın La Poste poçt xidmətinə məxsus "Maileva" platforması haker hücumuna məruz qalıb.
22 milyon insanın şəxsi məlumatları ələ keçirilib.
Haker hücumu sentyabrın ortalarında baş verib. Hakerlər Maileva platforması vasitəsilə elektron poçt alan 22 milyon insanın adlarına və elektron poçt ünvanlarına giriş əldə ediblər. Platformanın 70.000 istifadəçisi var və təkcə 2024-cü ildə 180 milyon sənəd göndərilib.
Polis məsələni araşdırır.