İtaliya "Meta"nı 805 milyon avro məbləğində cərimələyib.
Xarici mediaya istinadən, İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi “Meta"nın “Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə bu addımı atıb.
İddia edilir ki, şirkət istifadəçilərə şəxsi qalereyalarından kontent paylaşmağı təklif edən "Facebook" tətbiqinin funksiyası vasitəsilə fayllara giriş əldə edib.
“Meta" bu barədə münasibət bildirməyib.