İtaliya "Meta" şirkətini 800 milyon avrodan çox cərimələyib

İtaliyanın məlumatların qorunması orqanı, Android istifadəçilərinin foto qalereyalarından foto və videoların onların razılığı olmadan istifadə edildiyini aşkar etdikdən sonra Amerikanın "Meta" korporasiyasını 805 milyon avro cərimələyib.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Tənzimləyici orqanın açıqlamasında deyilir: "Şirkət Android cihazları üçün nəzərdə tutulmuş "Facebook" tətbiqi vasitəsilə italyan istifadəçilərinin smartfonlarında saxlanılan foto, video və əlaqəli metaməlumatlara onların razılığını almadan və ya onlara lazımi qaydada məlumat vermədən daxil olub".

Sənəddə bildirilir ki, şirkət görülən tədbirlər barədə 90 gün ərzində İtaliya hakimiyyət orqanlarına hesabat verməlidir.