Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzər dənizində gözlənilən güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edib.
Xəbərdarlığa əsasən, noyabrın 15-i gündüz saatlarından Xəzər dənizi akvatoriyasında şimal-qərb və şimal küləklərinin noyabrın 16-sı gündüzədək davam edəcəyi gözlənilir.
Bu müddətdə küləyin sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32-35 m/s-dək güclənəcəyi proqnozlaşdırılır.
Dalğanın hündürlüyünün 3-4 metrə, sonrakı mərhələdə isə 5,5-7,5 metrə çatacağı bildirilir.