Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Qaradağ rayonunda evlərdən birindən 7 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Fərəcov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun rayon ərazisindəki digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.