Yaponiya yaxın vaxtlarda Rusiyadakı səfirini dəyişəcək.
Bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Məlumata görə, bu vəzifəyə Hideki Uyamanın təyin olunması gözlənilir.
63 yaşlı Hideki Uyama 1988-ci ildən Xarici İşlər Nazirliyində çalışır. O, daha əvvəl qurumun Rusiya şöbəsinə rəhbərlik edib və Yaponiyanın Danimarkadakı səfiri olub.
H. Uyama 2023-cü ildən Moskvada səfir vəzifəsini tutan Akira Mutonu əvəz edəcək.