Bakıda 4 yaşlı qardaşı ilə oynayan yeniyetmə qız bıçaqlandı

Bakıda yeniyetmə qız bıçaqlanıb.

Lent.az oxu.az-a istinadla bildirir ki, hadisə gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində mənzillərdən birində baş verib.

13 yaşlı A.Məmmədova evdə autizm xəstəliyindən əziyyət çəkən 4 yaşlı qardaşı ilə oynayırmış və həmin vaxt oğlanın əlində bıçaq olub. Azyaşlı qız qardaşını qucaqlayarkən ehtiyatsızlıqdan qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir.