ABŞ Federal Aviasiya Administrasiyası (FAA) ölkə üzrə bütün hava limanlarında təyyarələrin havaya qalxmasını müvəqqəti dayandırıb. Qərar fövqəladə hallar və təhlükəsizlik səbəbləri ilə əlaqələndirilib.
Bu barədə cümə günü günortadan sonra yayımlanan hava hərəkətinə nəzarət bildirişində məlumat verilib.
Bildirişə əsasən, növbəti göstəriş verilənədək bütün uçuşa hazırlaşan təyyarələr yerdə saxlanılmalıdır. ABŞ-yə istiqamətlənən beynəlxalq reyslərlə bağlı qərarlar isə fərdi qaydada qəbul ediləcək.
“Reuters”in məlumatına görə, qərara hava hərəkətinə nəzarət sistemində yaranan ciddi rabitə problemləri səbəb olub. ABŞ Nəqliyyat naziri Şon Daffi problemin bütün hava hərəkətinə nəzarət mərkəzlərinə təsir etdiyini bildirib.