Sumqayıtda kişi zavodda bıçaqlandı- YENİLƏNDİ

Sumqayıt şəhərində baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

Hadisə şəhər ərazisində yerləşən "Azərboru" zavodunun ərazisində qeydə alınıb.

Bıçaqlanan 1972-ci il təvəllüdlü Bilal Şahgəldiyevin həmin zavodda mühafizəçi işlədiyi bildirilir.

Faktla bağlı araşdırma davam etdirilir.

Sumqayıtda bıçaqlanma hadisəsi olub.

Hadisə şəhər ərazisində yerləşən "Azərboru" zavodunda qeydə alınıb.

54 yaşı Bilal Şahgəldiyev bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, yaralı onu bıçaqlayan şəxsi tanımayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.