Türkiyə və Qətər arasında ticarət, təhsil, diplomatiya və müdafiə sahələrini əhatə edən 5 saziş imzalanıb.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Sənədlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin iştirakı ilə Yüksək Strateji Komitənin 12-ci iclası çərçivəsində imzalanıb.
İmzalanan sənədlər istehlakçı hüquqlarının müdafiəsi və bazara nəzarət, təhsil sahəsində əməkdaşlıq, sülh və münaqişələrin həlli, eləcə də qarşılıqlı müdafiə məsələlərini əhatə edir.
Bundan əlavə, iki ölkə arasında Yüksək Strateji Komitənin 12-ci iclasının birgə bəyanatı imzalanıb.