Millimiz heyətində Lixtenşteynlə keçiriləcək oyundan öncə dəyişiklik edilib.
AFFA-nın saytına istinadla, 23 nəfərlik heyətə daxil olan Anton Krivotsyuk çənə nahiyəsində yaranmış iltihabi proses səbəbindən millinin heyətindən çıxarılıb.
Yığmamız bu gün Lixtenşteynlə qarşılaşacaq. "Reynpark" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.